Rus təyyarəsini partladan İŞİD lideri öldürüldü

 

2015-07-23-11-26-450217isis2515İŞİD-ə Misirdə ağır zərbə endirildi. Yenicag.az xəbər verir ki, ötən ilin noyabr ayında İŞİD lideri Əbu Bəkr əl-Bağdadiyə tabe olan və Sina vilayəti əmiri adını alan Əşrəf Əli Həsəneyn əl-Qarabli öldürülüb.

Misir hökuməti əl-Qarablini Qahirədə İtaliya konsulluğuna bomba atılmasından xorvat işçilərin və ABŞ vətəndaşı Vilyam Hendersonun öldürülməsinə qədər müxtəlif cinayətləri törətməkdə ittiham edirdi.

Sabiq daxili işlər naziri Məhəmməd İbrahimə qarşı sui-qəsddən tutmuş son rus təyyarəsinin vurulmasına qədər ciddi ittihamlar səsləndirilirdi.

Belə ki, nə Misir, nə Rusiya təyyarə məsələsini təsdiq etmədiyi halda İŞİD-in Misir qolu bu təyyarə vurulmasını öz üzərinə götürmüşdü.

Qeyd edək ki, Misir ordusunun zabiti olan əl-Qarabli və 2014-cü ildə Bağdadiyə tabe olub.

 

YENİCAG.AZ