Rus və türk gəmiləri toqquşdu – FOTO/YENİLƏNDİ

Rusiya və Türkiyə bayraqlı iki yük gəmisi toqquşub.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, hadisə Yeniköydə baş verib.

Kocaelidən Eregliyə gedən 90 metr uzunluğundakı “Tahsin İmamoğlu” gəmisi Gəmlikdən Rusiyaya gedən 128 metr uzunluğundakı “Rusich-10” gəmisi ilə toqquşub.

Hadisə yerinə dərhal xilasedici botlar göndərilib.

Hər iki gəmi də təhlükəsiz şəkildə sahilə çəkilib.