!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusdilli təhsil müəssisələri üçün rüsum daha yüksək olmalıdır”

!Reklam – Yazi

Millət vəkili azərbaycan-rus dillərində fəaliyyət göstərən təhsil müəssisələrinə tətbiq olunan rüsumların eyni miqdarda müəyyənləşdirilməsinə etirazını bildirib.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında təhsil haqqında qanuna dəyişikliyin müzakirəsi zamanı çıxış edən deputat Fərəc Quliyev fəaliyyət göstərən özəl təhsil müəssisələrinə tətbiq olunan rüsumlar haqqında danışıb.

Millət vəkilinin sözlərinə görə, bu məsələyə eyni kriteriya ilə yanaşmaq doğru olmazdı:

“Hesab edirəm ki, Azərbaycanda rus dilində və azərbaycan dilində fəaliyyət göstərən tədris müəssisələrinə rüsum məsələsində fərqlər tətbiq olunmalıdır. Müşahidə etdiyiniz kimi son vaxtlar Azərbaycan telekanallarında rus dilində verilişlərin yayımlanmasında müəyyən bir intensivlik, artım var. Ancaq çox təəssüf ki, Azərbaycan kanalları Türkiyə filmlərini tərcümə edərək təqdim edirlər. Hesab edirəm ki, bu fərq aradan qaldırılmalıdır. Rus dilində fəaliyyət göstərən özəl tədris müəssisələri üçün təbiq olunan rüsumlar daha yüksək olmalıdır”.

Fərəc Quliyev türkiyəli iş adamlarının Azərbaycanda tədris müəssisələri açmaq üçün dəvət edilməli olduğunu vurğulayıb:

“Türkiyəli iş adamları əvvəllər Azərbaycanda müəyyən tədris müəssisələri açmışdı, sonradan müəyyən səbəblərə görə məktəblərdən bəzilərinin fəaliyyəti dayandı. Hesab edirəm ki, türkiyəli iş adamlarına müraciət edərək, onları Azərbaycanda təhsil müəssisələri açmağa dəvət etməliyik. Onların fəaliyyətlərini stimullaşdırmaq üçün dövlət rüsumlarının ya aradan qaldırılması, ya da azaldılması lazımdır”.

A.Zeynalov

www.yenicag.az

3923
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv