Rusiyada cəsus qalmaqalı

71002Rəsmi Moskva Polşa diplomatlarını cəsusluqda şübhələndiklərinə görə ölkədən xaric edib. Buna səbəb bir müddət əvvəl Polşanın rus diplomatlarını cəsusluqda ittiham edərək geri qaytarmaları olub.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir ki, Polşa hakimiyyəti rus diplomatlarını ölkədən xaric etməklə, “qeyri-dostcasına və təhlükəli addım” atıb. Bununla bağlı, Rusiya tərəfi münasib cavab tədbiri görüb və bir-neçə Polşa diplomatı siyasi dairələrdə cəsusluq üçün istifadə olunan “vəzifələri ilə uyğun olmayan fəaliyyətlərinə görə” ölkəmizi tərk ediblər.”

Xatırladaq ki, Polşa mətbuatı ötən cümə günü 4 Polşa diplomatına Rusiyanı tərk etmək üçün 48 saat möhlətin verilməsi haqqında xəbər yayıb.

(anspress.com)