Rusiya 10 min qüvvə, 450 texnika ilə hücuma hazırlaşır

Rusiya ordusu Xarkov vilayətinin Borovaya qəsəbəsi istiqamətində hücuma hazırlaşır.

Yenicag.az xəbər verir ki, bu barədə “Deep State” Teleqram kanalı məlumat yayıb.

Məlumatda rusların Rayqorodka kəndindən Novovodyanıya qədər olan ərazidə zərbə qüvvələrini artırdığı, 10 minədək piyada, 450 hərbi texnika, o cümlədən 200 artilleriya sistemi topladığı bildirilib.

Analitiklərə görə, Rusiya ordusu əvvəlcə Nadejda-Novoyeqorovka, sonra isə Perşotravnevoe-Çerneşçina xəttinə daxil olmağı planlaşdırır.

COP29