Rusiya 140 milyard dollar itirib

img1763716Amerikalı senator Robert Menendes Rusiyaya tətbiq olunan sanksiyaların şimal qonşumuza vurduğu ziyanın həcmini açıqlayıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, Menendes hesab edir ki, Rusiya Ukraynadakı hadisələrlə əlaqədar Qərbin sanksiyaları nəticəsində təqribən 140 milyard dollar zərər görüb.

Robert Menendes bu gün Senatın Xarici işlər komitəsində “ABŞ-ın Ukraynada siyasəti: Rusiyaya qarşı fəaliyyət və islahatların stimullaşdırılması” mövzusunda keçirilən dinləmələrdə iştirak edib.

Menedesin sözlərinə görə, ABŞ başda olmaqla dünya birliyi Rusiyanın aqressiv siyasətinə qarşı əlavə sanksiyalar tətbiq etməlidir və Kremlin enerji sektorundan əldə etdiyi vəsaitlərin azalmasına nail olmalıdır.