Rusiya aprelin 9-dan etibarən 52 ölkə ilə uçuşları bərpa edəcək.
Yenicag.az xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin Vahid Rusiya fraksiyası ilə görüşündə deyib.
Beləliklə, koronavirusun yayılması ilə əlaqədar əvvəllər çarter reyslərinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılacaq. Ölkələrin siyahısına Argentina, Hindistan, Cənubi Afrika və bir sıra digər “dost” dövlətlər daxildir.
Mişustinin sözlərinə görə, koronavirusa yoluxma halları azalmaqdadır və buna görə də Rusiya aviadaşıyıcıları üçün mövcud olan istiqamətlərin siyahısını genişləndirmək mümkündür: “İndi onlar 15 ölkəyə məhdudiyyətsiz uça bilir, indi isə biz 52 ölkə ilə uçuşları bərpa edirik”.