Rusiya 61 ukraynalı hərbi əsiri edam edib

Genişmiqyaslı müharibə zamanı ruslar azı 61 ukraynalı hərbi əsiri edam ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru Andrey Kostin açıqlayıb.

Onun sözlərinə görə, bütün ukraynalı əsgərlər rus əsirliyində işgəncələrə məruz qalırlar. Onlar qeyri-insani şəraitdə saxlanılır, ac qalır, tibbi yardımdan məhrum edilirlər. Bundan əlavə, hərbi əsirlər ukraynaca danışdıqlarına görə döyülür və digər fiziki zorakılığa məruz qalırlar.

Kostin bildirib ki, Rusiyada əsir saxlanılan 2200 ukraynalı əsgər qurban kimi tanınıb. Onlardan 500-dən çoxu elektrik işgəncəsi də daxil olmaqla, dindirmə zamanı fiziki zorakılığa məruz qaldığını bildirib.

COP29