Rusiya 90 nəfərin yaşadığı məktəbi bombaladı

Rusiya ordusu Ukraynanın Luqansk vilayətinin Beloqorovka kəndində içərisində 90 dinc sakin olan məktəbi bombalayıb.

Yenicag.az xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.

O qeyd edib ki, yerli sakinlər əvvəl Mədəniyyət evində gizlənirdilər:

“Lakin ora dağıldıqdan sonra insanlar məktəbin binasında gizləndilər. Artıq 30-a yaxın insan dağıntılar altından çıxarılıb. Axtarış-xilasetmə işləri davam edir”.