Rusiya ABŞ-a nota verdi – Vaşinqtondakı axtarışlara görə

ABŞ rəhbərliyi Rusiyanın Vaşinqtondakı Ticarət Nümayəndəliyində axtarışlar aparılması barədə qərar qəbul edib.

Yenicag.az “RİA Novosti”yə istinadla xəbər verir ki, artıq axtarışlara start verilib. Daha öncə ABŞ-ın xüsusi xidmət orqanlarının Rusiyanın San-Fransiskodakı Baş konsulluğunda da axtarış aparmağı planlaşdırdığı barədə xəbərlər yayılmışdı.

Rusiya Dövlət Dumasının məsələyə münasibəti gecikməyib. Dumanın açıqlamasında qeyd olunur ki, ABŞ hakimiyyətinin Baş Konsulluqda axtarış haqqında qərarı onların qeyri-peşəkarlığının göstəricisidi.

Bununla kifayətlənməyən Rusiya ticarət nümayəndəliyində axtarış aparılmasına etiraz olaraq ABŞ-a nota da verib. Etiraz notası ABŞ-ın Moskvadakı səfirliyinə təqdim edilib. Etiraz notasında axtarışlar aqressiv aksiya kimi qiymətləndirilib.

Yenicag.az

COP29