Rusiya ABŞ-a ona görə “güzəşt”ə getdi ki…

“Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin son görüşü Suriya böhranının həlli üçün mühüm əhəmiyyət daşıyır”.

Bu fikirləri Yenicag.Ru-ya açıqlamasında “Al-Monitor” nəşrinin redaktoru Maksim Suçkov dilə gətirib:

“Türkiyə və Rusiya prezidentlərinin G20 çərçivəsindəki görüşü Suriya münaqişəsinin həlli baxımından mühüm əhəmiyyət daşıyır. Ankaranın bu məsələdə konstruktiv mövqeyi Suriya böhranının nizamlanmasında Moskva üçün zəruri determinant sayılır. Hər halda Rusiya da Türkiyə üçün kürd məsələsinin əhəmiyyətini qəbul edir və böyük ehtimalla bununla bağlı da qarşılıqlı anlaşma əldə olunub.

Belə görünür ki, Rusiya Türkiyə ilə dialoqda bu məsələnin hərbi aspektinin tənzimlənməsində ABŞ-a “güzəşt”ə getməklə, özü üçün riskləri azaltmağı düşünüb”.

Suçkov daha sonra Vladimir Putinlə Donald Trampın görüşünü də dəyərləndirib:

“Əsas odur ki, Trampın səlahiyyətlərinin icrasına başlamadığı 6 ay ərzində prezidentlər arasında birbaşa təmas olmasa da, rusiyalı və amerikalı diplomatlar və mütəxəssislər ABŞ-dakı bəzi dairələrin ciddi müqavimətinə baxmayaraq, Suriya probleminin bəzi istiqamətləri üzrə konstruktiv əməkdaşlıq qura biliblər.

Mən Rusiya ilə ABŞ-ın Suriya üzrə birgə fəaliyyətə başlamaq perspektivi haqqında hələ ki ehtiyatlı nikbinliklə danışmağa üstünlük verirəm. Hərçənd ikitərəfli münasibətlərdəki ciddi problemlər aradan qaldırılmayıb”.

Yenicag.Az

COP29