Kremldən Ağ Evə XƏBƏRDARLIQ: “Moskvaya qarşı yeni sanksiyalar…”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında ABŞ-nin Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyi təqdirdə münasibətlərin tamamilə kəsiləcəyini bildirib.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, XİN başçısı bu barədə bir neçə dəfə danışıldığını vurğulayıb.

“Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalar paketi tətbiq etməsi ABŞ və Rusiya arasında münasibətləri kəsməyə bərabər olacaq”, – deyə o bildirib.

Lavrov, həmçinin ABŞ və NATO ilə aparılan danışıqların başa çatmadığını da vurğulayıb.