Rusiya və ABŞ arasında nüvə sahəsində imzalanmış əməkdaşlıq müqaviləsi təxirə salınıb.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov verib. 2013-2017-ci illər arasında ABŞ-ın enerji naziri Ernest Monizlə görüşən Lavrov bunları deyib:
“Sizin nazir olduğunuz dövrdə imzaladığımız 123 saylı müqavilənin şərtləri müəyyən səbəblərdən indiyə qədər həyata keçirilməyib. Təəssüf ki, bizdən asılı olmayan səbəblərə görə uzun müddət də təxirə salınacaq”.