Rusiya ABŞ-ın Peterburqdakı Baş Konsulluğunu bağlamağa hazırlaşır.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib.
Nazir bildirib ki, ABŞ-ın Rusiyadakı səfiri Hanstman Rusiya Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib və XİN başçısının müavini Sergey Ryabkov səfirə bu barədə məlumat verib. S.Lavrov bu addımın ABŞ-ın rus diplomatlarını öz ərazisindən çıxarmasına cavab olduğunu qeyd edib.
S.Lavrov Kremlin 60 rus diplomatının ABŞ-dan çıxarılmasına analoji cavab veriləcəyini deyib. Belə ki, Rusiya da öz növbəsində 60 amerikalı diplomatı ərazisindən çıxaracaq. Onlar ölkəni aprelin 5-dək tərk etməlidirlər.
Xatırladaq ki, ABŞ “Skripal işi”nə görə onlarla rus diplomatını ərazisindən çıxarıb.