Rusiya ABŞ-lə danışıqlardan imtina etdi

“ABŞ-lə strateji hücum silahlarının məhdudlaşdırılması anlaşmasını müzakirə etməyəcəyik”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova söyləyib.

O qeyd edib ki, rəsmi Moskva bu anlaşmanı yüksək qiymətləndirir, amma bunu müzakirə etmək üçün uyğun şərtlər olmalıdır.

“Rusiya hazırda ABŞ-la strateji hücum silahlarının məhdudlaşdırılması anlaşmasını müzakirə etmək niyyətində deyil. ABŞ Ukraynanı silahlandırmağa davam etdikcə, bu, baş verməyəcək”, – deyə Zaxarova bəyan edib. /Yenisabah/