Rusiya ABŞ-lə diplomatik əlaqələri kəsə bilər

“Moskva ABŞ-la diplomatik münasibətləri kəsmək istəmir”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Amma o, diplomatik münasibətlərin kəsilə biləcəyini də istisna etməyib: “Əgər Vaşinqton Moskva ilə əlaqələrə ehtiyac olmadığı qərarına gəlsə, o zaman bu, baş verə bilər”./Report/