Rusiya ABŞ səfirliyinin 2 əməkdaşını ölkədən çıxarır

Rusiya ABŞ-nin Moskvadakı səfirliyinin iki əməkdaşını “persona non grata” (“arzuolunmaz şəxs”) elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, sözügedən şəxslər səfirliyin birinci və ikinci katibləridir. Onlar 7 sutka ərzində Rusiyanı tərk etməlidirlər.