Rusiya ABŞ-yə GÜZƏŞTƏ GEDİR? – Vaşinqton Pekin-Moskva münasibətlərini PARÇALAMAQ İSTƏYİR

Sülh sazişinin bir hissəsi kimi, Rusiya ABŞ şirkətlərinə işğal olunmuş Ukrayna ərazilərində faydalı qazıntı yataqlarında işləmək hüquq verə bilər.

Yenicag.az xəbər bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Qəzet yazır ki, Amerikanın Rusiyaya yönəlməsi Moskva və Pekini parçalamağa istiqamətlənib, lakin bu addım həm də Qərbin özünü parçalamaqla hədələyir.

Bildirilir ki, Trampın Putinlə yaxınlaşması Moskva və Pekin arasında çaxnaşma yaratmaq üçün strateji istəkdən irəli gəlir:

“Bu manevr “əksinə Nikson” adlanır. Prezident Riçard Nikson 1970-ci illərin əvvəllərində Çin və Sovet İttifaqı arasında uçurumun dərinləşdirilməsi, Soyuq Müharibənin gedişatını dəyişdirmək və Çinlə yaxınlaşmaq üçün zəmin yaratmışdı. Tramp isə bunun əksini etmək istəyir”.

“Bununla belə, Rusiya ilə Çin arasında əlaqələri kəsmək “son dərəcə çətin olacaq”. Birincisi, bu ölkələr artıq hərbi əməkdaşlığını xeyli gücləndirib, xarici siyasətləri daha koordinasiya olunub. Çin Rusiyaya iqtisadi dəstək, o cümlədən kompüter çipləri və dəzgahların tədarükü təmin edir. İkincisi, Vaşinqtonun Rusiyaya dəstəyi Ukraynanın hesabına başa gəlir və ABŞ-ni birlikdə Amerikanın ən böyük ticarət tərəfdaşı və əsas xarici investoru olan Avropa müttəfiqlərindən uzaqlaşdırır”.

Nəşrin məlumatına görə, Trampın hərəkətləri praktikada “Qərbdə parçalanmaya gətirib çıxardı, eyni zamanda isə Rusiya həm ABŞ, həm də Çinlə yaxınlaşır”.

“Bununla belə, skeptiklər Rusiyanın həqiqətən ABŞ-yə Çini cilovlamaqda kömək edə biləcəyinə şübhə edirlər. Çünki Pekində artıq Rusiyanın bütün hərbi texnologiyaları var. Putin həmçinin başa düşür ki, Rusiyanın Çinlə münasibətləri strateji və uzunmüddətlidir və Vaşinqtonla yaxınlaşma çox güman ki, müvəqqəti amildir”.

“Rusiya başa düşür ki, Çin onun nəhəng qonşusudur, Çin Kommunist Partiyası yaxın gələcəkdə hakimiyyətdə qalacaq və Pekinlə münasibətləri korlamaq ölümcül riskdir. Lakin bu o demək deyil ki, Putin yaranmış vəziyyətdən istifadə etməyəcək. Trampın təklifi ona ordularının üçillik müharibədə nail ola bilmədiklərinə nail olmaq şansı verir: Kiyevdə hakimiyyətin dəyişməsi və Ukraynada Moskvanın təsirinin artması”, – deyə məqalədə qeyd olunub.

Rafi Müslümov