Ukraynaya hərbi təcavüz edən Rusiyanın bütün ali məktəbləri Bolonya prosesindən xaric olunublar.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu məlumatı Rusiyanın təhsil nazirinin müavini Dmitri Afanasyev də təsdiqləyib.
Afanesyev bu barədə Federasiya Şurasının elm, təhsil və mədəniyyət komitəsindəki çıxışı zamanı danışıb:
“Hələ aprelin 11-də Bolonya Qrupu Rusiya ilə Belarusun Bolonya prosesinin bütün strukturlarındakı təmsilçiliyinə son qoyub”.
Nazir müavini bildirib ki, Bolonya Qrupunun bu qərarı Rusiya Rektorlar İttifaqının Ukraynadakı “xüsusi əməliyyatı” dəstəkləməklə bağlı verdiyi bəyanatdan sonra qəbul edilib.