Rusiyanın enerji nəhəngi “Rosneft”, Peçora dənizində təxminən 82 milyon ton neft olan böyük bir neft yatağı kəşf etdiyini açıqlayıb.
Yenicag.az xəbər verir ki, neft yatağı Medınsko-Varandeyski rayonunda layihə zamanı kəşf edilib.
“Sınaqlar zamanı neftin sərbəst axını əldə edilib, maksimum debi sutkada 220 kubmetr təşkil edib”, – şirkətin açıqlamasında bildirilir.
“Rosneft” qeyd edib ki, Peçora dənizinin akvatoriyasında aparılan kəşfiyyat işləri “Şelfdə Timan-Peçora əyalətinin əhəmiyyətli neft potensialını sübut edir və regionun davamlı öyrənilməsi və inkişafı üçün əsas yaradır”.