Rusiya ATƏT PA-da iştirakını dayandırdı

Federasiya Şurası plenar iclasda Rusiya Federasiyası Federal Məclisinin Rusiya nümayəndə heyətinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (ATƏT PA) onun büdcəsinə töhfələrin ödənilməsində iştirakının dayandırılması ilə bağlı bəyanatını yekdilliklə qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

“Etiraf etməliyik ki, indiki şəraitdə ATƏT PA-da konstruktiv dialoqun davam etdirilməsi imkanları tamamilə tükənib, bununla bağlı Rusiya Federasiyası senatorları və Dövlət Dumasının deputatları Rusiya Federasiyası Federal Məclisinin nümayəndə heyətinin ATƏT PA-da iştirakı, habelə Rusiya Federasiyasının ATƏT PA-nın büdcəsinə töhfələrinin ödənilməsinin dayandırılmasını haqlı və məntiqli hesab edirlər”, – sənəddə deyilir.

Qeyd olunur ki, öz xalqının iradə və maraqlarını ifadə edən parlamentarilərə münasibətdə ATƏT PA-nın tədbirlərində iştiraka məhdudiyyətlərin tətbiqi qəbuledilməzdir./unikal

COP29