Rusiya aviaşirkəti Saratovdan Bakıya uçuşlara başlayır

Rusiyanın “İrAero” şirkəti Saratovdan Bakıya uçuşlara start verir.

Yenicag.az aviaşirkətə istinadən xəbər verir ki, aviareyslər iyulun 4-dən həyata keçiriləcək.

Uçuşlar “Superjet” markalı sərnişin təyyarələri həftədə bir dəfə – çərşənbə axşamı günləri yerinə yetiriləcək.