!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya aviasiyası İŞİD-i bombaladı – VİDEO

!Reklam – Yazi

aviasiya_rusÖtən gün Suriyada yerləşdirilən Rusiya aviasiyası rəsmi Dəməşqin sanksiyası ilə ilk dəfə “İslam dövləti” terror qruplaşmasının mövqelərinə zərbələr endirib.

Rusiya ordusunun general-leytenantı İqor Konaşenkov aviasiya zərbələri barədə ətraflı məlumat verib.

“Ötən gün aviasiyamız “İslam dövləti” qruplşamasının 8 mövqeyinə zərbələr endirib. Uçuşda Su-24M və Su-25 qırıcı təyyarələri iştirak edib. Əldə etdiyimiz məlumata görə, “İslam dövləti” qruplaşmasının Əl-Latamna səmtindəki komanda idarəsi və Tell-Bisadakı silah anbarı məhv edilib”.

Rusiya Müdafiə Nazirliyi zərbələrin sübutu olaraq videokadrlar sərgiləyib.

“Azad Suriya Ordu”sunun rəsmiləri isə hava zərbələri nəticəsində “İslam dövləti” deyil, adıçəkilən qruplaşmanın mövqelərinin bombalandığını və nəticədə 70 dinc sakinin həlak olduğunu bildirib(modern).

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv