Rusiya Avropaya qaz nəqlini tamamilə DAYANDIRDI – SƏBƏB

“Qazprom” “Şimal axını” boru kəmərindən təbii qaz nəqlini dayandırıb.

Yenicag.az “TASS”a istinadən xəbər verir ki, Portovaya kompressor stansiyasında Trent 60 qaz nasos qurğusunda nasazlıq – sürət sensorlarında yağ sızması aşkarlanıb.

Avadanlığın istismarı ilə bağlı problemlər aradan qaldırılana qədər, “Şimal axını” qaz kəmərilə qaz nəqli tamamilə dayandırılıb.