!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Avropaya qazı kəsdi: Məhdudiyyətlər, yüksək qiymətlər... - Son vəziyyət açıqlandı

!Reklam – Yazi

Rusiyanın Avropaya qaz axınını kəsəndən sonra qlobal bazarlarda yaşanan yanacaq məhdudiyyətlərinin 2023-cü ildə davam edəcəyi proqnozlaşdırılıb.

Yenicag.az “Haberturk”ə istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) 2022-ci ilin 4-cü rübü Qaz Bazarı Hesabatında məlumat verilib.

Hesabata görə, Rusiyanın qaz axını ilə bağlı qərarından sonra Avropada təbii qaz qiymətləri və Asiyada mayeləşdirilmiş təbii qaz (LNG) qiymətləri ilin üçüncü rübündə yeni rekord qırıb və bu, tələbatı azaldıb. Bu ilin yanvar-avqust dövründə Avropanın təbii qaza tələbatı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz, sənayedə tələbat isə 15 faiz azalıb. Nəticədə elektrik enerjisi istehsalında kömür və neft kimi yanacaqların istifadəsinə yol açılıb. Bəzi inkişaf etməkdə olan ölkələrdə isə qiymətlərin yüksək olması səbəbindən elektrik enerjisinin kəsilməsi baş verib.

Təchizat məhdudiyyətləri və yüksək qiymətlər səbəbindən qlobal təbii qaz istehlakının bu il 0,8 faiz azalacağı gözlənilir. Avropanın qaz tələbatının 10 faiz azalması və Asiya Sakit Okean regionunda durğun tələbat qlobal qaz istehlakında həlledici rol oynayır.

2023-cü ildə qlobal təbii qaz tələbinin 0,4 faiz artacağı, bazarlardakı sıxlığın gələn il də davam edəcəyi proqnozlaşdırılır.

Gülşən

www.yenicag.az

272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv