Rusiya aylar sonra ABŞ-yə səfir təyin etdi

Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyevi ABŞ-yə səfir təyin edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.

“Aleksandr Nikitiç Darçiyev Rusiya Federasiyasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin” , – sənədin mətnində deyilir.

Xatırladaq ki, ötən ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Moskvanın ABŞ-dəki səfiri Anatoliy Antonov geri çağırıb. Antonov 2017-ci ildə bu vəzifəyə təyin edilmişdi./unikal