Rusiya-Azərbaycan münasibətlərində sonrakı addım: “Kremlin Bakıya ehtiyacı artacaq” – ŞƏRH

“Qərbdən gördüyü təzyiq fonunda Rusiyanın mövcudluğunu qoruması üçün Azərbaycana ehtiyacı var”.

Bunu Rusiya-Ukrayna müharibəsindən sonra regionda baş verəcək prosesləri şərh edən politoloq Anar Əliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, nə yaxın, nə də uzaq perspektivdə Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsi realdır:

“Balanslı siyasət Azərbaycanı təhdidlərdən mühafizə edir. Qərbdən gördüyü təzyiq fonunda Azərbaycan və Türkiyə Rusiyanın mövcudluğu üçün vacib ölkədir. Ukrayna ilə müharibəsi yekunlaşdıqdan sonra Rusiyanın Azərbaycan və Türkiyəyə ehtiyacı da artacaq. Nə yaxın, nə də uzaq perspektivdə Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsi realdır. Tam əksinə, mövcud müttəfiqlik münasibətləri hər keçən gün daha da möhkəmlənəcək. Rusiya Azərbaycana qarşı əks mövqe sərgiləməyəcək. Mövcud münasibətlərin daha da inkişaf etdirilməsinə çalışacaq. Bu, həm Azərbaycan, həm də Rusiyanın maraqlarına uyğun bir siyasətdir.”.

Nəsimi Ələsgərli