Rusiya Azərbaycana yeni səfir təyin etdi

Rusiya Dövlət Duması Azərbaycandakı yeni səfirin namizədliyini təsdiqləyib.

Rusiyanın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Georgi Zuyev olub.

Bu gün Rusiya Dövlət Dumasının MDB və həmvətənlərlə üzrə iş Komitəsində Azərbaycana yeni səfirin namizədliyi məsələsinə baxılıb.

Komitə səfir postuna Georgi Zuyevin namizədliyini təsdiqləyib.

Komitənin iclasında Rusiya XİN başçısının müavini Qriqori Karasin də iştirak edib.
G.Zuyev hazırda Rusiya Xarici İşlər Nazirliyinin kadrlar departamentinin direktor müavini vəzifəsində çalışır.

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.(APA)

Yenicag.az