!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün ən böyük bazardır” – Azər Badamov

!Reklam – Yazi

“İqtisadi əməkdaşlığımız həm prezidentlər arasındakı şəxsi dostluq əlaqələri, həm yaxın qonuşuluq münasibətləri zəminində daha da inkişaf etidriləcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin Rusiyanın “Rossiya” və “Birinci” telekanallarına müsahibəsində Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin genişlənməsi haqda fikirlərinə münasibət bildirən millət vəkili Azər Badamov deyib.

Azər Badamovun sözlərinə görə, ikitərəfli iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur:

“Rusiya və Azərbaycan arasındakı iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu gün Rusiya və Azərbaycan arasındakı ticarət dövriyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artıb. Əlbəttə, bu, yaxşı göstəricidir.

Bu əlaqələr iqtisadiyyatın bütün sahələri üzrə inkişaf edir və böyük potensiala malikdir. Hazırda Rusiya Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və aqrar məhsullar üçün əsas bazardır.

Həm yaxın qonşu olduğumuza, həm iqtisadi əlaqələrin duinamik inkişafına, həm də iqtisadiyyatın şaxələndirilməsinin əsas götürülməsinə görə bu əlaqələr çox əhəmiyyətlidir.

Bu günün reallığıdır ki, Azərbaycan Rusiyanın ən yaxın iqtisadi tərəfdaşıdır. Fikrimcə, iqtisadi əməkdaşlığımız həm prezidentlər arasındakı şəxsi dostluq əlaqələri, həm yaxın qonuşuluq münasibətləri zəminində daha da inkişaf etidriləcək”.

Aqil Bəkir

www.yenicag.az

1972
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv