Rusiya azərbaycanlı qadını İnterpol xətti ilə axtarışa verib

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadın barəsində beynəlxalq axtarış elan edib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Simat Babayeva 1992-ci ildə Azərbaycanın Bakı şəhərində doğulub. O, Rusiyada qanunsuz silahlı birləşmənin tərkibində fəaliyyət göstərməkdə təqsirləndirilir.

Onun barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

Yeniçağ.az