Rusiya “Azovstal”a fosfor bombası ATDI

Rusiya ordusu Ukraynanın Mariupol şəhərində yerləşən “Azovstal” zavoduna fosfor bombaları atıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər merinin müşaviri Petr Andryuşenko bildirib.

O, zavod ərazisinə fosfor bombalarının atılması barədə informasiyanın dəqiq olduğunu söyləyib. Lakin əlavə məlumat verilməyib.