!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya BMP-ləri Azərbaycana göndərir

!Reklam – Yazi

39885Rusiyanın istehsal etdiyi BMP-3 piyadaların döyüş maşınlarının Azərbaycana çatdırılması 2016-cı ildə yekunlaşacaq.

Yenicag.az xəbər verir ki, Azərbaycana çatdırılan BMP-3-ün (piyada döyüş maşını) sayı 100-ə çatdıralacaq.

Hazırda son 50 maşının çaydırılması gözlənilir.

“Azərbaycana BMP-3 maşınlarının çatdırılması 2016-cı ildə başa çatacaq. Hazırda təxminən 50 maşından ibarət olan sonuncu partiyanın yola salınmasına hazırlıq gedir”. “Rosoboroneksport”un nümayəndəsi belə deyib.

Bu ilin əvvəllərində məlum olub ki, Rusiya Azərbaycana T-90S tanklarının çatdırılmasını yekunlaşdırır.

Daha əvvəl “Rosoboroneksporta”da bildirirdilər ki, Rusiya ilə 2010-cu ildə bağlanan müqaviləyə əsasən silahların və texnikanın böyük partiyasının çatdırılması 2017-ci ildə yekunlaşacaq.

Kütləvi İnformasiya Vasitələrin (KİV) məlumatına görə, həmin müqaviləyə 3 batalyonu silahlandırmağa bəs edəcək T-90S tankları (100 tank) və eyni sayda BMP-3 daxildir. Həmçinin Azərbaycan Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemlərini, ağır odsaçan sistemləri və digər silahları alıb.

Ekspertlər qeyd edirlər ki, müqavilələrin bu paketinin dəyəri təxminən 1 milyard ABŞ dolları təşkil edib.

www.yenicag.az

483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv