“Rusiya BMT Təhlükəsizlik Şurasından xaric edilməlidir” – Ukraynalı Nobel laureatı

“Bizim regionda hüquq müdafiəçilərinin səsi eşidilmədiyi üçün indi ordular “danışır”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Nobel sülh mükafatının yeni laureatı, ukraynalı Aleksandra Matviyçuk deyib.

Onun sözlərinə görə, Rusiya BMT Təhlükəsizlik Şurasından çıxarılmalı, bu ölkənin Prezidenti Vladimir Putinin məsuliyyətə cəlb olunması üçün beynəlxalq tribunal yaradılmalıdır:

“Bizim regionda hüquq müdafiəçilərinin səsi eşidilmədiyi üçün indi ordular “danışır”.

Bəlkə də BMT İnsan Haqları Komitəsində bizi eşidirdilər, ancaq hakimiyyətdəki insanların qərar qəbul etdikləri zallarda biz heç eşidilmədik.

Əgər biz qaydaları hərbi potensialı güclü olanların müəyyənləşdirdiyi bir dünyada yaşamaq istəmiriksə, bu vəziyyət dəyişdirilməlidir.

Ona görə də Rusiya BMT Təhlükəsizlik Şurasından çıxarılmalı, Vladimir Putinin məsuliyyətə cəlb olunması üçün beynəlxalq tribunal yaradılmalıdır”.