“Rusiya BMT Təhlükəsizlik Şurasının üzvü olaraq beynəlxalq hüquqa məhəl qoymursa…” – Şarl Mişel

“BMT-nin təhlükəsizlik konsepsiyası artıq çox sarsılıb və onun tətbiqində ciddi çətinliklər yaranıb”.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılmasının vacibliyi haqda danışan Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel deyib.

Onun sözlərinə görə, Rusiyanın sözügedən qurumda üzvlüyünü dayandırmaq üçün xüsusi mexanizm yaradılmalıdır:

“Fikrimcə, hazırda beynəlxalq hüquqda ciddi boşluqlar var. Rusiya BMT Təhlükəsizlik Şurasının üzvü olaraq beynəlxalq hüquqa məhəl qoymursa, deməli, vəziyyət belədir. Amma Rusiyanın qurumdan birdəfəlik xaric edilməli olduğunu düşünmürəm.

BMT-nin təhlükəsizlik konsepsiyası artıq çox sarsılıb və onun tətbiqində ciddi çətinliklər yaranıb. Lakin indi Rusiyanın Təhlükəsizlik Şurasından çıxarılması da real deyil.

Rusiyanın sözügedən qurumda üzvlüyünü dayandırmaq üçün xüsusi mexanizm yaradılmalıdır”.

COP29