Böyük Britaniya səfirliyinin nümayəndəsi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumata görə, britaniyalı diplomata Rusiya attaşesinin Londondan qovulması ilə bağlı etiraz bildirilib.
Qeyd olunub ki, Rusiya cavab tədbiri olaraq Britaniyanın hərbi attaşesini Moskvadan çıxarır./Trend/