Rusiya Ukrayna ərazilərini növbəti irimiqyaslı raket zərbələrinə məruz qoyub.
Yenicag.az xəbər verir ki, raket zərbələrinə məruz qalan şəhərlər arasında Dneprin, Kremençuqun, Poltavanın, Nikolayevin adları çəkilir.
Partlayış səsləri paytaxt Kiyevdə də eşidilib.
Rusiya ordusunun atdığı raketlərindən biri Uman şəhərində (Çerkassi vilayəti) yerləşən 9 mərtəbəli yaşayış binasına düşüb.
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.
Hazırda ərazidə xilasedicilərin, həkimlərin və polis əməkdaşlarının işlədiyi bildirilir.