Rusiya bu ölkələrə uçuşları bərpa etdi

Rusiya Misir, Birləşmiş Ərəb Əmirlikləri və Maldiv adaları ilə beynəlxalq aviaəlaqəni bərpa edib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Mixail Mişustin qərar imzalayıb.

Qərara əsasən, Rusiyadan həftədə 3 dəfə Qahirəyə, 2 dəfə Dubaya və 2 dəfə Maldivə uçuşlar keçiriləcək.