!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya bu ölkələrlə uçuşları dayandırır - Türkiyədən qərarla bağlı AÇIQLAMA 

!Reklam – Yazi

Rusiyalı həmkarımla iki dəfə görüşmüşdüm.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca Rusiyanın koronavirusa yoluxma hallarının artması səbəbindən Türkiyə ilə hava əlaqəsini dayandırması ilə bağlı qərarı barədə danışarkən deyib.

“Yaxın günlərdə heyət göndərəcəklərini, Muğla, İzmir, Aydın kimi bəzi bölgələrdə gördüyümüz tədbirləri araşdıracaqlarını demişdilər. Sertifikatları və həyata keçirdiyimiz tədbirləri gördükləri təqdirdə fərqli qərar qəbul edəcəklərini söyləyə bilərəm”, – Qoca bildirib.

 

Rusiya Türkiyə və Tanzaniya ilə müntəzəm uçuşları dayandırır.

Bu barədə Rusiyanın baş nazir müavini Tatyana Qolikova bildirib. O, bu qərarın hər iki ölkədə koronavirusa yoluxma sayının artması səbəindən verildiyini deyib. Məhdudiyyətlər 15 aprel-1 iyun tarixlərini əhatə edəcək. Turoperatorlara Türkiyəyə bilet satışını dayandırmaq tapşırılıb.

***

Rusiya Türkiyə ilə hava əlaqəsini 1,5 aylıq dayandırmağa qərar verib.

Yenicag.az xəbər verir ki, bu barədə RBK öz mənbələrinə istinadən məlumatına yayıb.

Rusiyanın hava əlaqəsini dayandırmasına səbəb kimi Türkiyədə koronavirusa yoluxma halının artması göstərilib. Bildirilib ki, ilk növbədə Rusiya ilə Türkiyə arasında çarter reysləri dayandırılır .

Operativ Qərargah Rusiyanın sərnişin aviaşirkətlərinə Türkiyənin bütün aeroportlarına uçuş həyata keçirməyi 1,5 aylıq, aprelin 15-dən iyunun1-nə kimi  dayandırmaqla bağlı xəbərdarlıq edib.

Mənbə aviareyslərin dayandırılmasının müntəzəm reyslərə aid olub-olmaması ilə bağlı açıqlama verməyib.

Hazırda Türkiyədə olan rusiyalı turistlərin təxliyəsinin olmayacağı, onların planlı şəkildə ölkəyə geri gətiriləcəyi qeyd olunub.

 

www.yenicag.az

426
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv