“Kim deyirsə ki, Rusiya Çinin sadəcə “kiçik tərəfdaşı”dır və ya Çin yalnız Rusiyanın qalıq yanacaqları ilə maraqlanır, o zaman onlar son on ildə baş verən qlobal dəyişikliklərə əhəmiyyət vermir. Bəli, hər bir strateji tərəfdaşlıq əməliyyat xarakteri daşıyır, lakin bu, özünü yenicə göstərməyə başlayıb”.
Yenicag.az xəbər verir ki, bu sözləri Avstriya Siyasət Məktəbinin müəllifi, Beynəlxalq münasibətlər üzrə ekspert, Rusiyaşünas Velina Tskarova deyib.
“Qərb analitikləri Çinlə ikitərəfli münasibətlərdə Rusiyanın mövqeyini “kiçik tərəfdaş” kimi müəyyən etdikdə, bunun miqyasını və sürətini başa düşmədikləri üçün mən sual verirəm: o zaman Avropa İttifaqı Amerika üçün nədir? Bunu da nəzərə alaq ki, Çin Rusiyanı mədəni, siyasi, hətta iqtisadi olaraq uda bilmir və bilməyəcək, ona görə ki Rusiyanın rolu Çin üçün həyatidir. Buna görə də bu münasibətlər məchul assimetrikdir, yəni Çin üçün də Rusiya vazkeçilməzdir”, – deyə o bildirib.
Mütəxəssisin fikrincə, Rusiya ticarət sektorunda Çinə müəyyən güzəştlər edir, amma, eyni zamanda, Çin də öz bazarını sürətlə Rusiyaya açmaqdadır:
“Nəzərə alsaq ki, Rusiyanın da ucuz əmtəə və xammalı böhran durumunda olan Çin üçün əhəmiyyətlidir, deməli, sanksiyalar altında olan Rusiya üçün də Çin əhəmiyyətlidir. Həm də Rusiya Çinin Arktika rəqabətinə daxil olması üçün giriş kartıdır. Lakin Rusiya burada yalnız Çindən asılı olmaq istəmir, əksinə, Hindistan, BƏƏ, Braziliya kimi dövlətlərin də iqtisadi marağını cəlb etməyə çalışır”.
V. Tçkarovaya görə, Rusiyanın Hindistan, BƏƏ, Türkiyə, Afrika və Latın Amerikası ilə ticarəti, həm də Çinlə problemlər olduğu ərəfədə manevr üçün lazımdır:
“Rusiya Çin iş adamlarına müxtəlif maneələr yaradır və Asiya-Sakit okean regionunda Çinin bütün ambisiyalarını dəstəkləmir. Deməli, burada Rusiya suverenliyini qorumağa çalışır ki, bu, Qərb üçün də önəmlidir. Putin Qlobal cənubda nüfuzunu artıraq, Çin və ABŞ ikiqütblü rəqabətində də öz statusunu yüksəltmək istəyir”.
Rafi Müslümov