Rusiya bu vilayətə raket zərbələri endirdi

Rusiya Dnepropetrovsk vilayətinə raket zərbələri endirib.

Yenicag.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət şurasının sədri Nikolay Lukaşuk deyib.

“Vilayət mərkəzində aerportun ərazisinə 3 raket düşüb. Aeroportun yaxınlığındakı infrastruktur dağıdılıb. Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin 6 əməkdaşı yaralanıb”, – məlumatda qeyd olunub.