Rusiya buna görə Ermənistandan izahat istədi

Moskva Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun Ermənistan parlamenti tərəfindən ratifikasiyası ilə bağlı İrəvandan izahat istəyib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Zaxarova bildirib ki, Rusiya hakimiyyəti Ermənistandan hansı cavab alacağından asılı olaraq gələcək fəaliyyətlərini quracaq.

Qeyd edək ki, Ermənistan 2023-cü il sentyabrın 1-də BCM-nin Roma Əsasnaməsini ratifikasiya edib. Lakin göndərilən sənəddə Rusiya prezidentinin həbsi ilə bağlı qeyd-şərt və ya hər hansı müddəanın olub-olmadığı bəlli deyil.

Bundan əvvəl Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.