Suriya ərazisi İŞİD terror təşkilatının silahlılarından tamamilə azad edilib.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov bəyan edib. O, bu barədə açıqlamasında qeyd edib:
“İŞİD-ın Suriyada bütün dəstələri məhv edilib, ölkə ərazisi terrorçulardan təmizlənib. Müdafiə naziri Sergey Şoyqu bu axşam prezident Vladimir Putini bu barədə məlumatlandırıb”.