Rusiya Daxili İşlər Nazirliyi iki yüksək rütbəli ukraynalı hərbçini axtarışa verib.
Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, briqada generalı Vladimir Qorbatyuk və maddi-texniki təminat qüvvələrinin keçmiş komandanı, general-leytenant Oleq Vişnevski cinayət işi üzrə axtarışa verilib.
Lakin departament ukraynalı generallara qarşı irəli sürülən konkret ittihamları açıqlamayıb.