Rusiya diplomatiyası Avropada daha bir məğlubiyyətlə üzləşdi: Makedoniya konstitusiyasını dəyişir

“Macarıstanın NATO-ya qoşulmaq üçün edəcəyi istənilən konstitusiya dəyişiklikləri beynəlxalq hüquq normalarına ziddir”.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bazar ertəsi verdiyi açıqlamada bildirib.

“Biz konstitusiya dəyişiklikləri ilə əlaqədar olaraq Makedoniya parlamentini qınayırıq. Bu, beynəlxalq hüquq normaları baxımından ciddi pozuntudur”, – deyə Rusiya XİN-i qeyd edib.

Nazirlik səsvermənin “müasir Avropa demokratiyasının qaydalarına uyğun olaraq” təşkil edildiyi istehzası ilə çıxış edib:
“Səsvermədə istənilən nəticəni təmin etmək üçün lazım olan səkkiz səs, şantaj, təhdid və müxalif parlament üzvlərini rüşvətlə ələ almaq metodları ilə həyata keçirildi. Hətta həbs edilmiş üzvlərdən üçü təsadüfən eyni gün həbsdən azad edildi. Parlament üzvləri otaqlarında kilidlənib, mobil telefonları əllərindən alınıb. Bu, Avropa demokratik təcrübəsinin ruhuna uyğundur”.

“ABŞ səfirinin səsvermə başa çatana qədər parlament binasında qalması sübut edir ki, bu səsverməyə Vaşinqton birbaşa nəzarət edib. Belə çirkli oyunlar parlament üzvlərinin iradəsinin ifadəsi hesab edilə bilməz”, -deyə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd edək ki, iyunun 17-də Makedoniya və Yunanıstanın Xarici İşlər Nazirlikləri keçmiş Yuqoslaviya Respublikasının yeni rəsmi adı ilə bağlı razılığa gəliblər. Müqavilə “Şimali Makedoniya Respublikası” adının istifadəsini nəzərdə tutur. Müqavilə həmçinin, Makedoniyaya NATO və AB-yə qoşulma prosesini rəsmən başlatmaq üçün imkan verir.

19 oktyabrda Makedoniya Parlamentində Konstitusiyaya düzəlişlər etmək barədə səsvermə keçirilib. Və nəzərdə tutulan dəyişikliklər qəbul edilib.

Həşim Səhrablı

COP29