“Rusiya diplomatlarının 1/3-i casusdur…”

img1769996İsveçin xüsusi xidmət orqanları Rusiyanı ölkə ərazisində geniş miqyaslı casus əməliyyatı aparmaqda ittiham edib. Yenicag.az musavat-a istinadən xəbər verir ki, İsveçin Əks-Kəşfiyyat Agentliyinin başçısı Vilhelm Unqe bildirib ki, Stokholmdakı Rusiya diplomatik nümayəndəliyinin 1/3-i casusdur.

Jurnalistlər qarşısında çıxış edən Unqe əlavə edib ki, onların sayı ildən-ilə artır. Onun sözlərinə görə, casuslar Rusiya Baş Kəşfiyyat İdarəsinin (hərbi kəşfiyyat) əməkdaşlarıdır.

İsveç məxfi servisinin şefi bu adamları yüksək təhsilli, çox vaxt da “sovet dönəmindəkindən də gənc” adamlar kimi təsvir edib. O da bəlli olub ki, ötən il xüsusi xidmət orqanları bir neçə dəfə Rusiyanın ölkənin hərbi texnologiyalarına çıxış cəhdinin qabağını alıb.