Rusiya Donetsk cəbhəsində irəliləyir

Rusiyanın “Cənub” qoşun qrupunun rus bölmələri Donetsk Xalq Respublikasının Katerynovka kəndini işğal edib. 

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi açıqlayıb.

“Döyüşlər Zaliznyanskoye, Orexovo -Vasilevka, Markovo, Stupochki, Stepanovka, İlyinka, Çasov Yar və Kuraxovo (DXR) yaşayış məntəqələrində də aparılıb. Ukrayna Silahlı Qüvvələrinin 24, 33, 54, 110-cu mexanikləşdirilmiş, 79-cu hava hücumu və 46-cı aeromobil briqadalarının birləşmələri məğlub edildi”, – məlumatda deyilir.

COP29