Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Kostyantynivka şəhərinə zərbələr endirib.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O qeyd edib ki, zərbələr nəticəsində azı 16 nəfər həlak olub.
“Rusiyalı terrorçular adi bazara, mağazalara və aptekə hücum edərək günahsız insanları qətlə yetiriblər. Ölənlərin sayı daha da arta bilər”, – Zelenski qeyd edib.