Rusiya Dövlət Dumasının sədri İrana səfər edəcək

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin yaxın günlərdə İrana səfər edəcək.

Yenicag.az xəbər verir ki, bunu İran parlamentinin ictimai əlaqələr idarəsinin başçısı Mahmud Sadekian bildirib.

O, səfərin tarixini hələ müəyyənləşmədiyini bildirib.

Məlumata görə, bir müddət əvvəl V.Volodinin 2023-cü ilin yanvarında İrana səfər edəcəyi və Tehranda ölkə Prezidenti İbrahim Rəisi ilə görüşəcəyinə dair xəbər yayılmışdı. Hakim Vahid Rusiya Partiyasının Dumadakı lideri Vladimir Vasiliyev bir müddət əvvəl bu səfərə hazırlıq məqsədi ilə İranda olub./Report/