Rusiya Ukrayna ərazilərinin işğalı ilə dünya taxıl bazarının dörddə birini nəzarətə götürür.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Financial Times” nəşri məlumat yayıb.
Qəzet yazır ki, Beynəlxalq Taxıl Şurası cari kənd təsərrüfatı mövsümü üçün Rusiyanın buğda ixracı ilə bağlı proqnozunu yaxşılaşdırıb.
“Rusiyanın xaricə 53,1 milyon ton buğda tədarük edəcəyi gözlənilir ki, bu da aprel proqnozundan 1 milyon ton və keçən illə müqayisədə demək olar ki, 10% çoxdur”, – deyə məlumatda qeyd edilir.
Nəşrin analitiklərinin fikrincə, beləliklə, Rusiya ilk dəfə olaraq dünya taxıl bazarının demək olar ki, 26 faizini tuta bilir və dünya buğda ixracının 25,8 faizi rekord həddə çatır.
“Bu, ölkəni 2017-18-ci illərdə 23,4%-lik əvvəlki rekordu üstələyərək, bütün zamanların ən yüksək səviyyəsinə qoyur. Rusiya təkcə taxıldan ötən il 16.5 milyard dollar, ümumi KT məhsullarından 43.6 milyard dollar gəlir əldə edib. Ukrayna əraziləri Rusiyanın Şimali Qafqaz Federal dairəsi gəlirlərini artırıb, çünki onların Ukrayna kimi rəqibi sıradan çıxıb. Buna görə də Şimali Qafqaz müharibəni xüsusilə dəstəkləyir”, – deyə nəşr yazıb.
Rafi Müslümov