!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Ərdoğanın sözlərini təsdiqlədi: "Kontrakt imzalanıb"

!Reklam – Yazi

Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq sahəsindən məsul müşaviri Vladimir Kojin Rusiya və Türkiyə arasında S-400 raket sistemləri ilə bağlı müqavilənin imzalandığını təsdiqləyib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Vladimir Kojin kontrakt şərtlərinin yaxın günlərdə həyata keçiriləcəyini söyləyib:

“Kontrakt imzalanıb, lazımi hazırlıqlar həyata keçirilir. S-400-ün ən çətin sistemlərdən biri olduğunu bilirsiniz. Buna görə də, sistemlərin daşınmasında bir çox vacib məqam var.”

Daha sonra müşavir əlavə edib ki, bu kontrakt hər iki ölkənin strateji maraqlarına uyğun gəlir. “Buna görə də Türkiyəyə təzyiq göstərməyə çalışan bəzi Qərb ölkələrinin narahatçılığını başa düşürük”– deyə, Kojin bildirib.

Qeyd edək ki, kontraktla bağlı ilk məlumatı Qazaxıstan səfərindən qayıdan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan vermişdi.

www.yenicag.az

1602
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv